Advertisement

Ağstafada qəza nəticəsində 5 nəfər xəsarət alıb

Ağstafada hərəkətdə olan iki avtomobil toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisinin girişində qeydə alınıb.

Qəza zamanı 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.