
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.
“Toyota Prius” markalı minik avtomobili “VAZ-21015” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində iki nəfər Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

























