Advertisement

Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhəri Tumbul kəndində baş verib.

Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgərov Tural Behbud oğlunun idarə etdiyi 75-BL-992 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü ciddi xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.