Advertisement

Ermənistanın hakim fraksiyasını katibi vətəndaşları Aİ-yə üzvlük məsələsində təmkinli olmağa çağırıb

Ermənistan Parlamentinin “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan vətəndaşları ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünə dair gözləntilərində təmkinli olmağa çağırıb.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, o bildirib ki, referendum bu prosesdə atılacaq ilk yox, sonuncu addımdır.

Aİ-yə üzvlüyün mürəkkəb və uzunmüddətli proses olduğunu deyən A. Ovannisyanın sözlərinə görə, hazırda Ermənistan tərəfdaşları ilə birlikdə bu istiqamətdə mütəmadi iş aparır.