Advertisement

Bərdədə fərdi evdə yanğın: azyaşlı ölüb (FOTO)

Bərdə. Trend:

Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq
ölüb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Qaradağlı
kəndində qeydə alınıb.

Belə ki, Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli 8
otaqlı fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal
FHN-nin Bərdə yanğından mühavizə hissəsinin canlı qüvvəsi və
texnikası cəlb olunub. Yanğının qarşısı alınıb. Alov söndürülüb.
Hadisə nəticəsində 5 yaşlı uşaq ölüb. İki nəfər isə xəsarət alaraq
Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.