Advertisement

Ukrayna XİN Lukaşenko ilə qondarma “DXR” rəhbərliyinin görüşünü pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi Prezident Aleksandr Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın (“DXR”) rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşü kəskin şəkildə pisləyib.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

“Nazirlik Belarusun Ukraynanın suverenliyinə növbəti hörmətsizlik nümayişini kəskin şəkildə pisləyir. Bu, Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın (“DXR”) rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən “rəsmi” görüşdə aydın görünür”, – deyə məlumatda qeyd edilib.