Advertisement

Sabirabadda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb

Sabirabad rayonunda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xankeçən kəndində qeydə alınıb.

Kənd sakini, 2023-cü il təvəllüdlü Əhədov Əlimurad valideyn nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada gövdənin ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.