Advertisement

Bakıda bitum daşıyan maşın aşıb, “20 Yanvar” metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb, avtomobildə olan maye yola dağılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin APA-ya vediyi məlumatına görə, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.