Advertisement

Gədəbəydə 45 yaşlı kişi bıçaqlanıb

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü A.Nuhov bıçaq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım edilib, daha sonra Gəncədə yerləşən özəl klinikalardan birinə aparılıb.

Onu həmkəndilisinin bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.