Advertisement

Ukrayna Kamerun bayrağı altında üzən yük gəmisini müsadirə edib

Ukrayna Kamerun bayrağı altında üzən Usko Mfu yük gəmisinin müsadirə edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Ukrayna tərəfi iddia edir ki, gəmi Sevastopol limanına daxil olub və orada kommersiya fəaliyyəti ilə məşğul olub.

Gəminin 2024-cü ilin iyulunda saxlanıldığı və nəticədə hazırda Ukraynanın mülkiyyətinə keçdiyi qeyd edilir.