Advertisement

Bakıda yaşlı kişi dava zamanı bıçaqlanıb

Bakının Yasamal rayonunda 64 yaşlı kişi bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə metronun Elmlər Akamdemiyası stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1960-ci il təvəllüdlü Əlövsət Ənvər oğlu Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.