Advertisement

Biləsuvarda qadın yanaraq ölüb

Biləsuvarda qadın yanıq xəsarətindən ölüb.

APA xəbər verir ki, hadisə ötən gün rayonun 9 saylı qəsəbəsində baş verib.

Belə ki, Rəsulova Tərgül Qüdrət qızı yaşadığı evdə yandırdığı parça ilə ehtiyatsız davranaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdrıma aparılır.