
Quba rayonunda meyvə bağında işləyən şəxs yıxılaraq ağır xəsarət alıb.
APA-nın Şimal bürosu xəbər verir ki, 63 yaşlı Mömün Qasımov işlədiyi bağda nərdivandan yıxılıb. O ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. M.Qasımovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

























