Advertisement

Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

***

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin mərkəzində yerləşən bağda baş verib.

Bıçaqlanan Lənkəran rayonunun Şiləvar kənd sakini 2000-ci il təvəllüdlü Elnur Elşən oğlu Cəfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.