Advertisement

Bakıda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Qurbanov Emin Aydın oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.