
Moldovada prezident seçkiləri keçiriləcək.
APA xəbər verir ki, bu il ən yüksək post uğrunda ümumilikdə 11 namizəd mübarizə aparacaq.
Bütün namizədlər yaşayış şəraitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və mühacirətin sürətini azaltmaq üçün geniş proqramlar təqdim ediblər.
Lakin Moldovada siyasətçilərin adətən bölündüyü əsas meyar onların xarici siyasətlə bağlı mövqeyidir.
Buradakı sağçı siyasi cəbhəyə Sandu və bu gün ölkədə hakimiyyətə nəzarət edən digər qərbyönlü siyasətçilər daxildir.
Sol cəbhədə isə Rusiya, MDB və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə əməkdaşlığın intensivləşdirilməsinin tərəfdarı olan siyasətçilər var.



























