
Yeddilik Qrupu (G7) ölkələrinin liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsinin təfərrüatları barədə razılığa gəliblər.
APA xəbər verir ki, Reuters bu barədə G7 ölkələrinin birgə bəyanatına istinadən məlumat yayıb.
“Bu kreditlər dondurulmuş Rusiyanın suveren aktivlərindən gələcək gəlirlər hesabına təmin ediləcək”, – məlumatda deyilir.



























