Advertisement

Samuxda iki nəfər dəm qazından zəhərlənib

Bakı. Trend:

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Trend xəbər verir ki, hadisə rayonun Sərkar kəndində baş
verib.

1993-cü il təvəllüdlü İlqar Qasımov və 1997-ci il təvəllüdlü
Nuranə Qasımova zəhərlənmə diaqonozu ilə xəstəxanaya yerləşdirilib,
onların vəziyyətinin ağır olduğu bildirilir.