Advertisement

Almaniya altıncı IRIS-T sistemini ilin sonuna qədər Kiyevə təhvil verəcək

Almaniya kansleri Olaf Şolts Vladimir Zelenski ilə telefon danışığı zamanı Kiyevin növbəti IRIS-T hava hücumundan müdafiə sistemini ilin sonuna kimi alacağını bildirib.

APA xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Planlaşdırılan IRIS-T hava hücumundan müdafiə sistemlərinin altıncısı bu ilin sonuna qədər Ukraynaya gələcək”, – mətbuat xidməti kanslerin sözlərindən sitat gətirib.

Məlumata görə tərəflər müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini də müzakirə ediblər.