Advertisement

Xocavənddə fəhlələri daşıyan avtomobil aşıb, yaralananlar var

Bakı. Trend:

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil
aşıb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən
xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında
həyatını itirən yoxdur.

Araşdırma aparılır.