
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Gəncə şəhərində 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə
cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz
qalmış uşaqların xilas olunması təmin edilib.

























