
Bakı. Trend:
Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan 5 nəfər
Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Bərdə rayon mərkəzi xəstəxanasının
direktoru Vüsal Məmmədov deyib.
Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır:
“Axşam saatlarında 5 nəfər vətəndaşımız Xocavənd rayonu
ərazisində keçirilmiş avtoqəzadan sonra xəstəxanamıza müraciət
edib. Bərdə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə daxil
olarkən xəstələrin hər birinin vəziyyəti orta ağır olaraq
qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri
icra olunub. Müayinələr davam etdirilir. Beşinin də vəziyyəti orta
ağırdır. Həyatı təhlükələri yoxdur”.

























