Advertisement

Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb

Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.

APA xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.

Sürücülərdən birinin saxlanıldığı bildirilir.