Advertisement

Binəqədidə piyada ölümü ilə nəticələnən yol qəzası olub

Bakıda maşın piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə dünən Binəqədi rayonunda baş verib.

Belə ki, Fərhad Şəmsəddinov idarə etdiyi “Tofaş” markalı avtomobillə piyada Simran Qarayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.