Advertisement

Gəncədə ev yanıb, yanmış meyit tapılıb – FOTO

Gəncə şəhərində ümumi sahəsi 15 m² olan birmərtəbəli 1 otaqlı evdə əşyalar 10 m² sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11.33

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. Qəsəbədə olan fərdi yaşayış evində yanğın olub.

Hadisə yerindən 1947-ci il təvəllüdlü Tatyana Naydyonovanın yanmış meyiti tapılıb.