Advertisement

Bakıda “Hyundai” 67 yaşlı qadını vuraraq öldürüb

Bakı. Trend:

Bakıda “Hyundai” 67 yaşlı qadını vuraraq öldürüb.

Trend xəbər verir ki, 1989-cu il təvəllüdlü Əsədov Elnur Nuru
oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Zabrat
qəsəbəsindən H.Əliyev prospekti istiqamətində 02.04.2024-cü il
tarixdə hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında piyada –
1957-ci il təvəllüdlü Abbasova Mehriban Cilovxan qızını
ehtiyatsızlıqdan avtomobilin ön tərəfi ilə vurub.

Sonuncu aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə aparılarkən
yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.