Advertisement

Yunanıstan Ukraynaya “RIM-7 Sea Sparrow” raketi göndərmək niyyətindədir

Yunanıstan hökuməti Ukraynaya 24 ədəd “RIM-7 Sea Sparrow” zenit raketini verməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Pronews” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukraynaya 24 ədəd “RİM-7 Sea Sparrow” raketinin çatdırılması planlaşdırılır.

Portal qeyd edir ki, bu raketlər təxminən 40 ildir istifadə olunur və Ukraynaya veriləcək raketlər Yunanıstan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin hesabına təmin olunacaq.

Qeyd edək ki, “RIM-7 Sea Sparrow” ABŞ-nin gəmi-hava tipli idarəolunan raketidir və yarı aktiv radar başlığına malikdir. Raketlər 1960-cı illərin əvvəllərində “AIM-7 Sparrow” hava-hava raketinin əsasında hazırlanmış və 1976-cı ildə xidmətə başlamışdır.