Advertisement

Efiopiyada ağır yol qəzası nəticəsində 66 nəfər ölüb

Efiopiyanın cənubundakı Sidama ştatında baş verən yol qəzasında azı 66 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları barədə məlumat verilmir.