
Fevralın 24-də saat 20:50 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.
***
24 fevral, 22.30
Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Onların qidadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

























