Advertisement

Bakıda “Şərab evi”nin qarşısında bıçaqlanma baş verib

Bakı. Trend:

Bakıda “Şərab evi”nin qarşısında bıçaqlanma baş verib.

Trend xəbər verir ki, Lökbatan qəsəbəsində “Şərab evi”
mağazasının qarşısında bıçaqlanma hadisəsi baş verib.

Belə ki, Baxşıyev Fuad Təyyar oğlu “Şərab evi” mağazasının
qarşısında tanışı İsmayılzadə Orxan Ramiz oğlu ilə aralarında baş
vermiş şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı
cibində gəzdirdiyi bıçaqla bir neçə dəfə sonuncuya bədən xəsarəti
yetirib.

Faktla bağlı cinayət işi başlanıb, F.Baxşıyev şübhəli şəxs
qismində tutulub.