Advertisement

Balakəndə 2 mərtəbəli ev yandı

Bakı. Trend:

Balakəndə 8 otaqlı evdə yanğın baş verib.

FHN-dən Trend-ə verilən
xəbərə görə, Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 180
m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci
mərtəbəsində iki otağın yanar konstruksiyaları 32 m² sahədə və dam
örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.