Advertisement

Kral Çarlz və həyat yoldaşı Kraliça Kamillanın Vatikana səfəri təxirə salınıb

Kral Çarlz və həyat yoldaşı Kraliça Kamillanın Vatikana dövlət səfəri təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat verib.

Bildirilib ki, buna Papa Fransiskin istirahət etməsi ilə bağlı tibbi məsləhətlər səbəb olub.

Britaniya kral ailəsi aprelin 7-də Vatikana getməli və ertəsi gün Papa Fransisklə görüşməli idi.