Advertisement

Kəlbəcərdə 3,7 maqnitudalı zəlzələ olub

Aprelin 8-də yerli vaxtla saat 00.35-də Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda 3,7 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.