
Niderland Krallığının hərbçisi NATO-nun Almaniyada keçirilən təlimləri zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
APA xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Hərbçinin ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Bildirilir ki, təlimlər dayandırılıb və hadisənin araşdırılması ilə Saksoniya-Anhalt federal əyalətinin polisi məşğul olacaq.



























