
Bakı. Trend:
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 200 m² olan
birmərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və
ev əşyaları 20 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar
Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























