
Ukrayna və Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların qarşısındakı əngəllərin aradan qaldırılması üçün mütəmadi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyeri Olqa Stefanişina bildirib.
“Biz razılaşdıq ki, mayın 12-dən etibarən bu gün Budapeştdə iştirak edən ukraynalı və macar nümayəndə heyətləri daimi əsasda işləyəcəklər.
Stefanişina əlavə edib ki, görüşə hazırlıq çərçivəsində Ukrayna mübahisəli məsələlərin həlli üçün təkliflər paketi hazırlayıb.



























