Advertisement

Qubada 76 yaşlı qadın dəm qazından boğularaq ölüb

Qubada 76 yaşlı qadın dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə Quba şəhəri, Mirzəbaba Tahirov küçəsi 31 ünvanında baş verib.

1949-cu il təvəllüdlü Nazilə Zeynalova hamam otağında yuyunarkən su qızdırıcıdan dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı araşırma aparılır.