Advertisement

Cəlilabadda avtomobil yandı – Trend.Az

Bakı. Trend:

Cəlilabadda yanğın olub.

Trend FHN-ə istinadən xəbər
verir ki, Cəlilabad rayonunun Dələli kəndində “ВАЗ” markalı minik
avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.