Advertisement

2025-ci ilin I rübü ərzində partlayışlar zamanı 4 nəfər həlak olub

2025-ci ilin I rübü ərzində respublika ərazisində 4 partlayış hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, partlayışlar zamanı 4 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Bu da 2024-cü ilin I rübü ilə müqayisədə 9 hadisə və ya 64% çoxdur.