Advertisement

Çexiya Avropa İttifaqını ABŞ-ın rüsumlarına cavab verməyə çağırıb

Çexiya Avropa İttifaqını ABŞ-ın Avropa mallarına tətbiq etdiyi 50 faizlik gömrük rüsumlarına qarşı analoji tədbirlər görməyə çağırıb.

APA xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski bəyan edib.

“Əgər ABŞ həqiqətən də bu cür rüsumlar tətbiq edərsə, Avropa buna uyğun cavab verəcəyini açıq şəkildə göstərməlidir”, – deyə Lipavski bildirib.

Nazirin sözlərinə görə, Avropa İttifaqı ABŞ-ın tarif artımı niyyətinə emosional və panikaya qapılmadan reaksiya verməlidir.