Advertisement

Sumqayıtda kişi meyiti tapılıb

Sumqayıtda evdə kişi meyiti tapılıb.

APA xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Məmmədov İltifat Futat oğlunun meyiti yaşadığı evin eyvanında aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.