Advertisement

Almaniya hökuməti polis işçilərini elektroşokerlərlə təchiz etmək istəyir

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, federal polis işçiləri elektroşokerlərlə təchiz olunmalıdır.

APA xəbəər verir ki, bu barədə o, “Funke Mediengruppe” nəşrinə verdiyi müsahibədə deyib.

“Polisimizin elektroşokerlərdən istifadə etməsi tamamilə zəruri və vacibdir”, – nazir qeyd edib.