Advertisement

Hacıqabulda avtomobil piyadanı vurub – YENİLƏNİB

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bu barədə APA-nın Mil-Muğan bürosu xəbər verir.

***

01:45

Hacıqabul rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmir Yusif oğlu Ağamalıyevi vurub.

Piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.