
Fransa Rusiya əleyhinə Avropa İttifaqının 18-ci sanksiyalar paketinin yaxın günlərdə razılaşdırılacağını güman edir.
APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “LCI” telekanalına açıqlamasında bildirib.
“Müzakirələr artıq yekun mərhələyə çatıb. Bu səbəbdən yeni sanksiyalar paketinin yaxın günlərdə razılaşdırılacağı gözlənilir”, – deyə Barro qeyd edib.
Nazir əlavə edib ki, Avropa bu məsələdə ABŞ senatorları ilə də koordinasiyalı şəkildə çalışır.



























