Advertisement

Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verilib – FOTO – VİDEO

Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.

Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

11:54

Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.

Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.