Advertisement

Göygöldə “Kia” markalı minik avtomobili yanıb

Göygöl rayonunun Tulallar kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.