Advertisement

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa
Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Bu barədə Trend-ə Yevlax rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının
rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı
kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və
rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində
tutulub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.