
Bakı. Trend:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu
və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir
ki, 2024-cü il 7 aprel tarixində Ağdam rayonunun Novruzlu kənd
ərazisində mina hadisəsi baş verib.
Trend xəbər verir ki, minalardan təmizlənməmiş ərazidə
ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib,
xəsarət yoxdur.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd
olmadıqları ərazilərə daxil olmamağa çağırır!

























