
Bakı. Trend:
Goranboyda qadının qətli ilə bağı cinayət işi başlanıb.
Bu barədə Trend-ə Goranboy rayon Prokurorluğundan
bildirilib.
Aprelin 7-də saat 17 radələrində Goranboy rayon sakini 1975-ci
il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun
Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış
mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs
qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

























