Bakı. Trend:
Neftçala şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 48
m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar
konstruksiyaları və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
























